EN

Sentyabr ayında azad olunmuş ərazilərdə 767 mina və 3301 PHS zərərsizləşdirilib

Sentyabr ayı ərzində Azərbaycanın azad olunmuş ərazilərində 478 tank əleyhinə mina, 289 piyada əleyhinə mina, 3301 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bu ay ərzində 6118.2 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX), eyni zamanda dörd özəl şirkət tərəfindən həyata keçirilib.

Chosen
2
15
turan.az

10Sources