EN

U-15 Rusiya millisinə məğlub oldu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf turnirində ikinci oyununu keçirib.

Msport.az xəbər verir ki, yığmamız ABFF Təlim-Məşq Mərkəzində təşkil olunan yarışda rusiyalı həmyaşıdları ilə qarşılaşıb. Görüş Rusiya seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində yeganə qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.

Xatırladaq ki, U-15 ilk oyunda Belarusa 1:2 hesabı ilə uduzmuşdu. Millimiz son oyununu oktyabrın 4-də saat 17:00-da Qazaxıstan komandasına qarşı keçirəcək.

Chosen
14
msport.az

1Sources