EN

İsrail niyə TƏLƏSİR?

İsrail ordusu Livanın cənubunda quru əməliyyatını mümkün qədər qısa müddətə yekunlaşdırmaq niyyətindədir.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari brifinqdə deyib.

"Mən təfərrüatları düşmənə açıqlamayacağam, lakin biz bu əməliyyatları mümkün qədər qısa müddətdə etməyə çalışırıq. Hazırda keçirdiyimiz məhdud və lokal əməliyyat çərçivəsində nə lazımdırsa, edəcəyik”, - Haqari vurğulayıb.

Rəna Hacılı, Bizim.Media

Chosen
9
8
bizim.media

10Sources