EN

Metroda növbəti NASAZLIQ

Bakı metrosunda növbəti nasazlıq yaranıb. 

Ucnoqta.az xəbər verir ki, metronun İçərişəhər stansiyasında eskalatorda yaranmış nasazlıq sıxlığa səbəb olub. Stansiyaya düşən eskalatorda bir neçə dəqiqəlik dayanma olub. Sıxlığın böyüməməsi üçün stansiyanın qapıları bağlanıb. Qısa zamanda problem həll olunub.

Qeyd edək ki, son vaxtlar metroda tez-tez problemlər yaranır. Belə ki, avtobusların gec işləməsi, şəhırdə taksilərin sayının dəfələrlə azaldılması əhalinin metroya üstünlük verməsinə səbəb olub. Bakı metrosu isə artan sərnişin sıxlığını qarşılamaqda çətinlik çəkir. 

Chosen
14
ucnoqta.az

1Sources