EN

Marko van Basten həmyerlisini tənqid etdi: "Axmaqlıqdır"

Sabiq niderlandlı hücumçu Marko van Basten "Mançester Yunayted"in futbolçularını və "qırmızı şeytanlar"ın yay transfer pəncərəsindəki fəaliyyətini tənqid edib.

Fanat.Az xəbər verir ki, "Mirror"onun sözlərini belə çatdırıb:

"Heyətə cəlb etdikləri yeni oğlanı, Uqarteni son oyunda gördüm. Bu oyunçuya görə 50 milyon avro ödəyiblər, amma o meydanda gəzir. Axı bu necə ola bilər? Erik ten Haqın kifayət qədər yaxşı olmayan futbolçulara bu qədər pul dağıtması axmaqlıqdır".

Xatırladaq ki, MY Manuel Uqarteni bu yay PSJ-dən alıb. 6 tura 7 xal toplayan "qırmızı şeytanlar" turnir cədvəlinin 13-cü pilləsində mövqe tutublar.

Nihat

Chosen
14
fanat.az

1Sources