EN

“Autizm Assosiasiyası” İB layihəsini başa çatdırır - FOTO

“Autizm Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizmli uşaqların valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqi və bu ailələrdə şəxslərarası davranışların profilaktikası” layihəsini başa çatdırır.


Bakupost.az xəbər verir ki, cari ilin 1 iyul – 30 sentyabr tarixlərində icra edilən layihənin məqsədi autizmli uşaqların valideynlərinin bilik və bacarıqlarını artırmaqla onların autizmli şəxslərin reabilitasiyasında geniş iştirakına və bununla da çoxsəviyyəli sistemli iş formatında aparılan reabilitasiya prosesinin keyfiyyətinin artırılmasına, autizmli uşaqların reabilitasiyasında müsbət nəticələrin əldə olunmasına nail olmaq olub.

Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində autizmli uşaqların ailələrində reabilitasiya prosesində valideynlərinin iştirakı ilə bağlı ümumi vəziyyət öyrənilib, autizmli uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində valideynlərin iştirakına dair yeni davranışlarla barədə 300 ədəd maarifləndirici buklet nəşr olunub, autizmli uşaqların valideynləri üçün tematik təlimlər keçirilib. Bununla yanaşı layihə çərçivəsində həm də psixoloji dəstəyə ehtiyacı olan azı 100 nəfərə yaxın valideynə psixoloji məsləhətlər verilib.


Qeyd olunduğu kimi, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində müvafiq davranışların bərqərar olunmasını təşviq edən əyani vəsait nəşr edilib. Çap olunmuş “Autizmli uşaqlar və onların ailələrində şəxslərarası münasibətlərin profilaktikası üçün bunları bilmək vacibdir” adlı buklet əsasında layihənin hədəf qrupları üçün bir sıra maarifləndirmə və məlumatlandırma tədbirləri keçirilib. Belə ki, hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailə üzvləri üçün tematik təlimlər təşkil olunub və həmin şəxslərin təmsil etdikləri ailələrdə reabilitasiya işinin düzgün aparılmasına dair zəruri məsləhətlər verilib.


Layihə icra olunan zaman aidiyyəti dövlət qurumları və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq olunub.


Chosen
9
bakupost.az

1Sources