EN

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edildi

Image

Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Bundan əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.





Chosen
10
28
baki-xeber.com

10Sources