EN

Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

Sabah ( 02.10.2024-cü il tarixində) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

Chosen
11
31
apa.az

10Sources