EN

İranda təkrar hücumlar:Polislər ölüb

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti ardıcıl hücumlarla sarsılıb.

Bakıvaxtı.az xəbər verir ki, İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Haş rayonunda naməlum silahlı şəxslərin polis maşınlarına atəş açması nəticəsində iki polis məmuru həyatını itirib. 

İran dövlət televiziyasının məlumatına görə, Haş rayonunda naməlum şəxslər hərəkətdə olan avtomobildən polis maşınlarına atəş açıb. Hücumda 2 polis məmuru həyatını itirib. 

Hadisə ilə bağlı ətraflı məlumatın daha sonra açıqlanacağı bildirilib. 

Qeyd edək ki, dünən Sistan-Bəlucistan əyalətində silahlı hücumlarda 3 polis əməkdaşı həyatını itirib. 

Əli Hüseynov

Chosen
14
bakivaxti.az

1Sources