EN

Avropalılar qəhvə idxalına 10 milyard avrodan çox pul xərcləyiblər

Avropa İttifaqına (Aİ) üzv ölkələr keçən il 10,6 milyard avroluq qəhvə idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) 1 oktyabr Beynəlxalq Qəhvə Günü münasibətilə 27 üzv ölkənin 2023-cü il üçün qəhvə idxalı ilə bağlı məlumatları açıqlayıb.

Hesabat dövründə Aİ ölkələri cəmi 2,7 milyon ton qəhvə idxalı üçün 10,6 milyard avro ödəyib. Aİ-də qəhvə idxalında ilk yeri 922 min tonla Braziliya tutub. Braziliyanı 652 min ton ilə Vyetnam izləyib.

Bu dövrdə Almaniya 911 min ton, İtaliya 625 min ton, Belçika 278 min ton, İspaniya 249 min ton, Fransa 184 min ton qəhvə idxal edib.

 

Gözəl Həşimova

Chosen
16
1
iqtisadiyyat.az

2Sources