EN

Ter-Ştegenin zədələnməsi Olmoya şans yaratdı

Voytsex Şçensnı karyerasını bərpa etməyə çox yaxındı. Polşalı qapıçı “Barselona” ilə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı futbolçu bu yay karyerasını başa vurmasına baxmayaraq, İspaniya klubunun təklifini qəbul edib. Onunla tibbi müayinədən keçdikdən sonra bazar ertəsi birillik müqavilə imzalanacağı bildirilir. Karyerasının son 7 ilini “Yuventus”da keçirən 34 yaşlı əlcək sahibi yaşıl meydanı bu yay tərk etmək qərarına gəlmişdi.

Xatırladaq ki, “Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən təxminən 8 aylığa sıradan çıxıb. Onun ağır zədələnməsi kluba və Daniel Olmoya şans yaradıb. Belə ki, “Barselona” Ter Ştegenin adını iştirak ərizəsindən çıxarmaqla heyətə yeni qapıçının və Olmonun adını daimi əsasda daxil etmək hüququ qazanıb. Rəhbərlik maliyyə məhdudiyyəti səbəbindən bu yay “Leyptsiq”dən alınan Danielin adını müdafiəçi Andreas Kristensenin zədələnməsindən sonra La Liqa üçün iştirak ərizəsinə daxil edə bilər. Amma onun yeni komandasında yalnız gələn il yanvarın 1-nə qədər oynamaq hüququ var. Yüksək maaş alan Mark-Andrenin adı iştirak ərizəsindən çıxarılacağı halda, Kristensen rəsmən heyətə daxil edilə və Olmo göy-qırmızı formanı mövsümün qalan hissəsində də daşıya biləcək.

Doğrudu, bu məsələdə bir şərt də var: gərək yeni qapıçı “Barselona”da kifayət qədər aşağı maaşa oynamağa razılaşsın və onun Olmo ilə birlikdə alacağı məvacib Ter Ştegenin maaşından çox olmasın.

Chosen
13
football-plus.az

1Sources