EN

Əliyev Niderlanddakı səfiri Rusiyaya göndərdi

Yayımlandı: 1 Oktyabr 2024 15:15 Rəhman Mustafayev Polad Bülbüloğlunu əvəzləyəcək Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev geri çağırılaraq Rusiyada səfir vəzifəsinə təyin olunub. Bu barədə Prezident İlham Əliyev oktyabrın 1-də sərəncam imzalayıb. Rəhman Mustafayev həmçinin Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə Şuşadan mandat aldığı üçün vəzifəsindən azad olunmuşdu. Rəhman Mustafayev 2000–2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. 2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub. Rəhman Mustafayev 2017-ci ilə qədər Azərbaycanı Yunanıstan və Albaniyada təmsil edib. O, 2017-2022-ci illərdə Azərbaycanın Fransada səfiri vəzifəsini daşıyıb. Meydan TV

Chosen
15
xural.com

1Sources