EN

Baydenin Harrisə qarşı böyük kini var imiş

ABŞ prezidenti Co Bayden şəxsi söhbətlərində vitse-prezident Kamala Harrisə qarşı narazılığını ifadə edib.

Qaziler.az xəbər verir ki, bu barədə NBC mənbələrində məlumat yayılıb.

Onun sözlərinə görə, buna səbəb Baydenin adının və onun nailiyyətlərinin müavininin çıxışlarından silinməsi olub.

Qeyd olunur ki, Bayden dəfələrlə Harrisin son kampaniya çıxışlarında, o cümlədən onun siyasəti sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşdığına inandığı iqtisadiyyatdan danışarkən onun adını çəkmədiyini qeyd edib. Əlli ildən artıq xidmət etdiyi ABŞ Demokrat Partiyasının da onun adını çəkməməsi Amerika liderini incidir.

QAZİLER.AZ

Chosen
30
qaziler.az

1Sources