EN

Fransada yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərli dünyasını dəyişib

Fransada yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərli dünyasını dəyişib. Bu barədə jurnalist Qənimət Zahid məlumat verib.

Onun sözlərinə görə, iki gün əvvəl Müluz şəhərində hücuma məruz qalan İsgəndərli xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl bildirilmişdi ki, sentyabrın 29-da İsgəndərlinin evinə pəncərədən daxil olan basqınçılar ona çoxsaylı bıçaq xəsarətləri yetiriblər.

Chosen
15
oxumeni.az

1Sources