EN

Bu səhvlər ömrü qısaldır

 

Müasir dövrdə əksər insanlar özlərini yorğun hiss etdikləri üçün idmana vaxt ayıra bilmir, pilləkənləri qalxmaq əvəzinə liftdən istifadə edir, axşam yeməyindən sonra ekran qarşısında oturmağa üstünlük verirlər. Ancaq araşdırmalar onu göstərir ki, oturaq həyat tərzi ömrü qısaldır.Məlumata görə, ölüm hallarının 15 faizi kifayət qədər fiziki fəaliyyətin olmaması səbəbindən baş verir.Sağlam həyat üçün 7-70 yaş arası hər kəsin idman etməsi lazımdır.Hər gün müntəzəm olaraq idman etmək dayaq-hərəkət və ürək-damar sistemlərinin daha effektiv işləməsinə, artıq çəkidən qurtulmağa və ideal çəkiyə çatmağa kömək edir və sağlam qocalmanı mümkün edir.Bundan əlavə, psixi sağlamlığı qoruyaraq sosial inkişafa töhfə verir.Oturaq həyat tərzi ürək xəstəlikləri, yüksək təzyiq və diabet kimi bir çox xəstəliyə səbəb olaraq ömrü qısaldır.Sağlam bir insanın məşq planına həftədə ən az 5 gün 30 dəqiqə orta intensivlikdə və ya 3 gün ciddi aerobik idmanla məşğul olması tövsiyə olunur.Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
7
missiya.az

1Sources