EN

Livanlılar bu ölkəyə qaçır: Sərhəddə mühafizə gücləndirildi

Suriya və digər ölkələrlə sərhəddə yerləşən İraq qoşunları tam döyüş hazırlığındadır.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.

“İraq Silahlı Qüvvələri dövlət suverenliyini qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirir, hərbi birləşmələr qonşu ölkələrlə, xüsusilə də Suriya ilə sərhədləri qorumaq üçün bütün lazımi tədbirləri görüb. Qoşunlar tam döyüş hazırlığı vəziyyətindədir”, - deyə Rəsul qeyd edib.

O, İraq-Suriya sərhədindəki vəziyyətlə bağlı əlavə məlumat verməyib.

Chosen
9
18
publika.az

10Sources