EN

Tayvanda aviareyslər təxirə salındı - SƏBƏB

Tayvanda gözlənilən \"Krathon” qasırğası səbəbindən 112 reys təxirə salınıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində daşqın və sürüşmə baş verib.
 
Saatda 240 kilometr sürətlə hərəkət edən \"Krathon” qasırğasından əvvəl Tayvana xəbərdarlıq edilib.
 
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) adanın cənub və şərq hissələri üçün xəbərdarlıq edib. Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq 38 mindən çox əsgərin evakuasiya və xilasetmə işlərinə kömək etmək üçün adanın müxtəlif yerlərində hazır vəziyyətdə olduğunu bildirib.
 
Nəqliyyat Nazirliyi 88 ​​daxili və 24 beynəlxalq reysin ləğv edildiyini açıqlayıb. Tayvanın cənubu ilə şərqini birləşdirən dəmir yolu xətti də bağlanıb.
 
Yaxınlaşan tayfunun təsirinin hiss olunduğu şərq sahilində Hualian və cənubda Pintunq şəhərində torpaq sürüşmələri və daşqınlar baş verib.
 
Hualien şəhərində Huide tunelində baş verən sürüşmə səbəbindən magistral avtomobillərin hərəkəti üçün bağlanıb. Daşqınlar Pinq Tunq şəhərinin kəndlərində də həyata mənfi təsir göstərib.
 
Tayfunun yaxınlaşdığı adada əksər marketlərdə rəflər boş qalıb.
 
Axşam saatlarında Tayvanın cənub-qərbindəki Kaohsiunqa çatması gözlənilən tayfunun 2-3 gün ərzində təsirini davam etdirəcəyi bildirilib.
 
Kaohsiungda məktəblər və iş yerləri bağlanıb, insanlar evdə qalmağa çağırılıb. 
 
Oksana
Chosen
29
1
azxeber.com

2Sources