EN

Hansı rəng alma daha xeyirlidir?

Alma sevə-sevə yeyilən meyvələr sırasındadır. O sağlamlığımız üçün də olduqca faydalıdır. Mütəxəssislər hər gün bir alma qəbul etməyin insan orqanizminə əvəzsiz xeyirlər bəxş etdiyini söyləyir.

Bəzən sual ortaya çıxır: "Hansı rəngdə, turş ya şirin almalar daha faydalıdır?" Araşdırmalara görə, əslində bunların hər birinin özünəməxsus xeyirləri var. Habelə sözügedən meyvənin qabıqları da çox effektivdir. Məsələn qırmızı almalar tünd qırmızı qabığı ilə diqqət çəkir və tərkibindəki yüksək polifenol tərkibi ilə qidalanma gücü mənbəyidir. Polifenollar antioksidan xüsusiyyətləri ilə tanınır və insan sağlamlığında böyük rol oynayır.

"Journal of Agricultural and Food Chemistry" jurnalında dərc edilən araşdırmaya görə, həmin almanın tərkibindəki polifenol bir çox alma növündən daha yüksəkdir. Bu meyvənin qabığında olan polifenollar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını ala bilir. Dərinin yaşlanmasını yavaşlatmaq, xərçəng riskini azaltmaq və ürək xəstəliklərindən qorumaq kimi bir çox üstünlükləri təmin edir. Qırmızı şirin almanı sevirsinizsə, onu pəhrizinizə əlavə etmək sağlamlığınıza töhfə verəcək.

Yaşıl azca da turş almanın tərkibində həzm olunmayan birləşmələr mövcuddur. Sözügedən birləşmələr bağırsaq bakteriyalarını tarazlaşdırmaqla piylənmə ilə əlaqəli iltihabı və diabet riskini azaldır. Bağırsaqlar üçün çox faydalıdır, istədiyiniz çəkiyə də sizi qovuşduracaq.

Zərintac MayisqızıMissiya.Az

Chosen
10
missiya.az

1Sources