EN

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Daxili

Bakı, 1 oktyabr, AZƏRTAC

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin müraciətini dinləyəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar oktyabrın 9-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Chosen
11
26
azertag.az

10Sources