EN

İranda silahlı hücumda daha iki polis öldürüldü

İranın Sistan-Bəlucistan əyalətində silahlı şəxslərin polis maşınlarına atəş açması nəticəsində iki polis məmuru həyatını itirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası xəbəri yayıb.
 
Hadisə ilə bağlı ətraflı məlumatın daha sonra açıqlanacağı bildirilib.

Dünən Sistan-Bəlucistan əyalətində silahlı hücumlarda 3 polis əməkdaşı həyatını itirib.
 
Bu gün yoldan keçən avtomobildə olan insanların məktəbə atəş açması nəticəsində 4 nəfər həyatını itirib.
 
Dünənki hücumları zaman-zaman bölgədə hücumlar təşkil edən Ceyşul Adl adlı təşkilat öz üzərinə götürüb. Bugünkü hücumun isə məsuliyyətini özü üzərinə götürən yoxdur.

Mikayıl
Chosen
16
1
azxeber.com

2Sources