EN

ABŞ-ın Azərbaycandakı səfirliyində "Art in Embassies" sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 30-da ABŞ-nin Azərbaycandakı səfirinin iqamətgahında"Səfirliklərdə İncəsənət" (Art in Embassies, AIE) adlı sərgikeçirilib.

Trend xəbər verir ki,tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri və ABŞsəfirliyinin nümayəndələri iştirak ediblər.

Sərgi zamanı ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və xanımıDanuşiya Libbi Amerika incəsənətinin əsərlərindən ibarətkolleksiyanı təqdim ediblər.

“Bu Amerika incəsənətinin sərgisi mənə və həyat yoldaşımavətənimizi xatırladır. Azərbaycanda etdiyimiz səyahətlər zamanı bizbu xalqın qonaqpərvərliyinə və ölkənin təbiət gözəlliklərinə heyranqaldıq. Məsafə nə qədər böyük olsa da, Azərbaycan və ABŞ-nin 6şimal-şərq əyalətini əhatə edən mənim doğma bölgəm olan Yeniİngiltərə arasında mənzərələr baxımından inanılmaz oxşarlıqlarvar", - səfir bildirib.

O qeyd edib ki, Keyt Henlonun "Marblehead" əsəri ona əzizMassaçusetsi və bir gün sahil boyu Yeni İngiltərəyə qayıtmaqarzusunu xatırladır.

Səfir Maykl Qreyvsin "Acadia", "Boston Study"; Kristian Korselin"Not only Circles"; Keyt Henlonun "Down the garden"; Skay Houtun"Lotus Chair"; Stiv İmriçin "Landable fields" və digər əsərlərinitəqdim edib.

Səfir tədbir iştirakçılarına müraciət edərək, "Səfirliklərdəİncəsənət" proqramının artıq 60 ildən çoxdur ki, mədənidiplomatiyanın inkişafında mühüm rol oynadığını vurğulayıb.

“Bu gün Azərbaycanın parlaq mədəni icmasının belə hörmətliüzvlərini qarşılamaq mənim və xanımım Danuşiya üçün böyük şərəfdir.Bu proqram ABŞ-nin yaradıcılıq və müxtəlifliyini vurğulayır,incəsənətin universal dili vasitəsilə dialoq və əlaqələr üçünimkanlar yaradır. Buradakı bütün Amerika incəsənəti kolleksiyamızısizinlə paylaşmaqdan çox məmnunam. Ümid edirik ki, bu əsərlərmədəniyyətlərimiz arasında mübadilənin dərinləşdirilməsi üçün körpürolunu oynayacaq”, - o qeyd edib.

Tədbir zamanı səfir, həmçinin, səfirliyin yeni mədəni əlaqələrüzrə əməkdaşı Rendi Koulu tanış edib və “Azerbaijan Arts Council”indirektoru Dadaş Məmmədova sərgi üçün Azərbaycanın incəsənətəsərlərinin təqdim olunmasına görə təşəkkür edib.

1963-cü ildə ABŞ Dövlət Departamentinin səfirliklərdə incəsənətofisi yaradılıb və ölkənin geniş mədəni missiyasını yerinəyetirərək müvəqqəti və daimi sərgilər, rəssamlar üçün proqramlar vənəşrlər təşkil etməklə ictimai diplomatiyada mühüm rol oynayır.Müasir İncəsənət Muzeyi bu qlobal vizual incəsənət proqramını on iləvvəl planlaşdırıb. 1960-cı illərin əvvəllərində prezident Con F.Kennedi ona rəsmi status verərək proqramın ilk direktorunu təyinedib.

Hazırda 200-dən çox məkana malik “AIE” dünyanın bütün ABŞsəfirlikləri, konsulluqları və nümayəndəlikləri üçün müvəqqəti vədaimi sərgiləri tərtib edir və sifariş verir, ABŞ və ev sahibiölkələrdən olan müasir incəsənət əsərlərini seçir. Bu sərgilərbeynəlxalq auditoriyaya hər 2 ölkənin incəsənət və mədəniyyətininkeyfiyyəti, miqyası və müxtəlifliyi haqqında təsəvvür yaradır vəAIE-nin daha çox ölkədə təmsil olunmasını təmin edir.

ABŞ-ın
ABŞ-ın
ABŞ-ın
ABŞ-ın
Chosen
9
az.trend.az

1Sources