EN

Şigeru İşiba Yaponiyanın yeni baş naziri seçilib

Yaponiyanın hakim partiyasının lideri Şiqeru İşiba Fumio Kişidanın yerinə ölkənin baş naziri seçilib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

“Bu, əhalinin siyasətə inamının aşağı olduğu, qeyri-sabit iqtisadiyyatın və artan təhlükəsizlik təhdidlərinin olduğu bir vaxta təsadüf edir. <...> Onun təsdiqi oktyabrın 27-nə təyin edilmiş növbədənkənar seçkilərə zəmin hazırlayır”, - materialda bildirilib.

Agentlik xəbər verir ki, Kişida kabinetinin kütləvi şəkildə istefasından sonra İşiba öz kabinetini yaratmaq niyyətindədir.

Chosen
5
aznews.az

1Sources