EN

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri seçilsinlər:

Arpadarai Nigar Cavid qızı,

Bədəlov Bədəl Şamil oğlu,

Əsgərov Asif Yunis oğlu,

Həmzəyev Naqif Ələşrəf oğlu,

Həsənova Afət Əbil qızı,

Qurbanov Eyvaz Daşdəmir oğlu,

Muradov Rövşən Şahbaz oğlu,

Rəhimzadə Vüqar Gəncəli oğlu.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                     Sahibə Qafarova

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Chosen
15
azertag.az

1Sources