“ABŞ 50 milyard dolların kilidini açmaq üzərində işləyir. Ukraynaya verilən kreditlər, ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən gələcək mənfəət hesabına ödəniləcək”.
Misisya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink məlumat verib.
“Biz 50 milyard dolların kilidini açmaq üzərində işləyirik. Hesab edirik ki, ilin sonuna qədər avropalılar və digər tərəfdaşlarla əməkdaşlıqda bunu etmək olar”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, gələcək maliyyələşmə bəzi addımlar tələb edəcək və bu qərar hələ qəbul olunmayıb.
Qeyd edək ki, iyunun 14-də İtaliyada keçirilən G7 sammitində təşkilatın liderləri Ukraynaya 50 milyard dollara yaxın vəsaitin ayrılması barədə razılığa gəlmişdilər.
Daşqın HəsənovMissiya.Az