EN

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə PalatalarıFederasiyasının sədri Hassan Moejeb Alhvaizinin rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrininuğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə investorlarüçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power”şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsindəhəyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

İnvestisiya əməkdaşlığının genişləndirilməsi və ikitərəfliticarət dövriyyəsinin artırılması istiqamətlərində imkanlarınreallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı BirgəBiznes Şurasının səmərəli mexanizm olduğu vurğulanıb. Birgəfəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatınşaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçünəhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli investisiyaların və ticarət əlaqələrinintəşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanındanolan investorların Azərbaycanın sənaye parklarında rezidentqismində iştirakı imkanlarını müzakirə ediblər.

Səudiyyə
Səudiyyə
Səudiyyə
Chosen
7
11
az.trend.az

10Sources