EN

Elman Cəfərli: İqlim Fəaliyyəti həftələrinin ənənə halını alması çox vacibdir- ÖZƏL

"COP29 ərəfəsində Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi çox vacibdir.  Bu tədbir noyabrda keçiriləcək mötəbər toplantıya hazırlıq sayıla bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib:

"Bakı İqlim Fəaliyyəti Həftəsi bir ay sonra Bakıda baş tutacaq COP29-un iqlim gündəliyini müəyyən edəcək.  Bu platforma iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayıb. 
Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq birliyin müəyyən etdiyi və Azərbaycanın da qoşulduğu iqlim prinsiplərinə dəstək çağırışıdır. Bu cür müzakirələr qlobal iqlim böhranından çıxış yollarının müəyyən olunması ilə bağlı yeni ideyaların ortaya çıxması üçün vacibdir. İqlim Fəaliyyəti həftələrinin ənənə halını alması çox vacibdir. Qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyi bir dönəmdə yaşayırıq. Problem o qədər ciddi hal alıb ki, artıq "gələcək nəsillərə yaşana bilən bir planet qoyub gedə biləcəyikmi" məsələsi müzakirə mövzusudur. Bu baxımdan qlobal qilim dəyişikliyinə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı yeni ideya və təşəbbüslərin müzakirəsini daimi gündəmdə saxlayan platformaya ehtiyac var.
Azərbaycan mühüm iqlim tədbirə evsahibliyi edəcək. Ölkəmizi  iqlim gündəliyi zəngindir. Bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycanın Paris sazişinə uyğun olaraq karbon emissiyasının azaldılması üzrə öhdəlikləri var. Ölkəmizdə karbonsuz nəqliyyata keçid istiqamətində ciddi addımlar atılıb. Azərbaycanın 3 böyük regionu: Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaşıl enerji zonası elan olunub. Bərpa olunan azad Qarabağda aparılan nəhəng tikinti-quruculuq işlıri yaşıl texnologiyalara əsaslanır. Qaradağda regionun ən böyük günəş enerjisi stansiyası açılıb. Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verir və bu siyasətə sadiqdir. İqlim dəyişikliyinin fəsadları bir ölkənin həll edəcəyi məsələ deyil, hər kəsin bu təşəbbüslərə dəstək verməsi lazımdır. Lakin ölkələrin inkişaf səviyyəsi də eyni deyil. Azərbaycan istəyir ki, ölkəmizdə keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. COP29-da zəif inkişaf etmiş dövlətlər üçün ayrıca dəstək fondunun yaradılması təşəbbüsünün irəli sürüləcəyi gözlənilir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources