EN

PSJ-ni Qətər klubuna dəyişdi

PSJ-dən ayrılan Serxio Rikonun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ispan qapıçı karyerasını Qətərdə davam etdirəcək.

31 yaşlı qolkiper "Əl-Qarafa"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Serxio Riko 2019-2024-cü illər ərzində PSJ-də çıxış edib.

saytlarin hazirlanmasi

Chosen
8
sportal.az

1Sources