"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Abidənin açılışı zamanı cənab İlham Əliyevin səsləndirdiyi bu fikrin yaxın da olmasa, orta perspektivdə reallığa çevriləcəyinə heç bir şübhəm yoxdur. Müzəffər Ali Baş Komandanımızın Aşıq Ələsgərin özündən gətirdiyi bir fakt və Böyük Qayıdışdan danışarkən söylədikləri də bunu təsdiqləyir. Bəli, 1918-ci ildə Aşıq Nəcəfin kürəyinə samovar bağlayıb əzab-əziyyətlə qətlə yetirən hay vandalları, 97 yaşlı Aşıq Ələsgəri on minlərlə soydaşlarımızla birgə yurdundan didərgin salmışdılar. Ancaq 3 il sonra o, ailəsi ilə yenidən Kəlbəcərdən Göyçəyə qayıtmışdı. Halbuki cənab Prezidentin də vurğuladığı kimi "iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmirlər". Dövlət başçımız heç vaxt orada yaşamamış gənclərimizin hazırda Qarabağa, Şərqi Zəngəzura köçmələrini misal çəkməklə də göstərdi ki, eyni ruhun daşıyıcıları olan Qərbi azərbaycanlılar da bir gün yurd yerlərinə dönəcəklər. Mütləq dönəcəklər!"
Alim Hüseynli
Olaylar.az