EN

Bakıda sənayenin vəziyyəti açıqlandı - RƏQƏMLƏR

2024-cü ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  35,4 milyard manat təşkil edib.

FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9  faizi emal, 2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 82,5 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  90,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil  edib.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr  2024-cü il vəziyyətinə 470,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 31,4 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Chosen
11
2
fed.az

4Sources