EN

Hizbullah Nəsrullahı əvəz edəcək şəxslə bağlı xəbərləri təkzib etdi

Bu gün Hizbullah hərəkatı bəyanat yayaraq, öldürülən Həsən Nəsrullahın yerinə yeni baş katib Haşim Səfiuddinin təyin olunması ilə bağlı xəbərləri təkzib edib. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

“Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın yeni baş katibinin seçilməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Hizbullah hərəkatı tərəfindən rəsmi açıqlama verilmədikcə, yayılan məlumatlar etibarlı sayılmır”, - deyə bəyanatda vurğulanıb. 

Qeyd edək ki, bir sıra xəbər agentlikləri Hizbullahın yeni lideri vəzifəsinə Haşim Səfiuddinin seçildiyinə dair paylaşımlar ediblər.

Bizim.Media

Chosen
4
3
bizim.media

4Sources