EN

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi 144 minə avtobus alır

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, “AUTO AZƏRBAYCAN” MMC ilə bağlanılmış satınlama müqaviləsinə əsasən təhsil ocağı avtobus almağı planlaşdırıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, sözügedən qurum MMC-dən bir ədəd avtobus almaq üçün 144.900 manat xərcləyəcək.
Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Təhsil Nazirliyinin 18.12.2020-ci il tarixli F/545 №-li əmrinə əsasən yaradılıb. Bu mərkəzdə “Qəbələ Peşə məktəbi” və “Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi” birləşdirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru isə Famil Mustafayevdir.

Chosen
19
tribunainfo.az

1Sources