EN

Ronaldo: Çox vaxtım qalmayıb, ona görə də...

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının 2-ci turunda “Ər-Rayyan”ı məğlub etdikləri oyundan (2:1) sonra açıqlama verib.

Publika.az xəbər verir ki, portuqaliyalı ulduz 39 yaşında onu qol vurmağa davam etməyə nəyin motivasiya etdiyi haqda danışıb:

“Mən hələ də futbol oynamağı sevirəm və anlayıram ki, çox vaxtım qalmayıb. Ən yaxşı oyunçu sayılmaq və ya fərdi mükafatlar qazanmaq indi vacib deyil. Bundan həzz almaq, kluba və milli komandaya faydalı olmaq vacibdir. Rekordlar mənim bir parçamdır və onları qırmağa öyrəşmişəm. İlk gündən təzyiqi hiss etdim və düşünürəm ki, bu, sonuncu oyuna qədər davam edəcək”.

Qeyd edək ki, portuqaliyalının Qətər klubuna vurduğu qol onun karyerasında 904-cü olub.

Chosen
9
publika.az

1Sources