EN

3 oktyabr müstəqil Azərbaycanın inkişafa doğru gedən yolunun başlanğıc günü kimi tarixdə qaldı - ÖZƏL

"3 oktyabr 1993-cü il tarixində Azərbaycan xalqı və dövlətinin tarixində əlamətdar hadisə yaşandı. Xalqımız bu tarixdə öz müdrik seçimini etdi. Həmin gün müstəqil Azərbaycan dövlətinin tarixində ilk demokratik prezident seçkiləri keçirildi". "Olaylar" xəbər verir ki, bunu  millət vəkili, Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov deyib: "Üç namizədin qatıldığı seçkilərdə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini, etimadını qazanaraq ilk dəfə Prezident seçildi. Ulu Öndər hələ 1993-cü ilin 24 iyun tarixindən Ali Sovetin sədri və Prezident səlahiyyətlərinin içraçısı kimi ölkəyə rəhbərlik edirdi,

Ancaq 3 oktyabr 1993-cü il tarixindən bir daha xalqımızın dəstəyini, rəsmi şəkildə səsini qazanaraq müstəqil Azərbaycanın ilk demokratik yolla, alternativ əsaslarla seçilmiş Prezidenti kimi səlahiyyətlərinin icrasına başladı. Bu baxımdan, 3 oktyabr tarixi Azərbaycan xalqının tarixinə, yaddaşına, dövlətçiliyinə qızıl hərflərlə həkk olunmuş bir gündür. Əgər 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldısa, 3 oktyabr tarixi müstəqil Azərbaycanın inkişafa doğru gedən yolunun başlanğıc günü tarixdə qaldı".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources