“Ordu” yeni oyunçu ilə heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda gənc basketbolçu Əli Həsənovla anlaşıb.

Son mövsümü “Abşeron”da çıxış edən, boyu 188 sm olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Ordu” daha öncə Roki Blanko, Jamaure Gregg, Emil Əliyev, Rüstəm Əliyev, Ramme Griffin, İsaiah Pope, Səid İsmayılov, Əlibəy Məmmədli, Jaylen Tomas və Vladimir Markovetski ilə müqavilə bağlayıb.