EN

NATO-nun yeni Baş katibi əsas prioritetini elan etdi

Bakı. Trend:

NATO-nun yeni Baş katibi Mark Rütte alyansı gələcəyinçağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını vəinnovasiyaları stimullaşdıracağını elan edib.

Trend xəbər verir ki, MarkRütte birinci prioritetin NATO-nu güclü saxlamaq və bütüntəhdidlərə qarşı effektiv müdafiəni təmin etmək olduğunu bildirərəkdeyib:

“Bunun üçün bizə daha çox qüvvə, daha yaxşı imkanlar, dahasürətli innovasiya tempi lazımdır. Bu, daha çox investisiya tələbedəcək”.

Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pulxərcləməli olacaq, çünki “mövcud çağırışlar və gələcək vəzifələrin”həlli üçün pulsuz alternativ yoxdur.

Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberqinsəlahiyyət müddəti başa çatıb. Stoltenberq səlahiyyətləriniNiderlandın keçmiş baş naziri Mark Rutteyə ötürüb.

Xatırladaq ki, Yens Stoltenberq 2014-cü ilin oktyabrındaNATO-nun baş katibi olub. Norveçin keçmiş baş naziri və BMT-ninxüsusi elçisi kimi Stoltenberq təhlükəsizlik, müdafiə, iqlim,enerji və iqtisadiyyat sahələrini əhatə edən daxili və beynəlxalqnailiyyətlərə malikdir. Mark Rutte 2010-2024-cü illərdə Niderlandınbaş naziri vəzifəsini icra edən holland siyasətçidir.

Chosen
17
4
az.trend.az

7Sources