EN

Qarşıda yeni hədəflər durur - MƏQALƏ

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da BakıdaAzərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarıAşıq Ələsgərin abidəsinin açılışında iştirak etdilər. Cənab İlham Əliyevinaçılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu gün Qərbiazərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbiiolaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqınınhörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbiazərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrundabirləşməyə dəvət edən hadisədir: «Biz o günü səbirsizliklə gözləyirik,inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz AşıqƏləsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik vəAğkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.»Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ənyüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu iləhəmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiztöhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət vəvətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, mənapotensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərinkoloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. AşıqƏləsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış vəgələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıqsənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddimədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinəehtiramın təzahürüdür. Onu da qeyd edək ki, Aşıq Ələsgərin zəngin poetikirsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvidəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan UluÖndər Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz UluÖndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük sözustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubileymərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlılarınəzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə AşıqƏləsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büstsoydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonraerməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkibhissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimiyaşamaqdadır.Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl AşıqƏləsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. BirSərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsindəqeyd edildi. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsinəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində, gözəl parkda AşıqƏləsgərin abidəsi ucaldıldı.Aşıq Ələsgərin keçliyi ömür yolundan, yaradıcılığından geniş bəhsedən cənab İlham Əliyev diqqəti bu mühüm məqama da yönəltdi ki, ömürboyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış,yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyəməcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləriazərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdəazərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birincideportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonunaköçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçəmahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımındanKəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən, torpaqsevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üçildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonraorada vəfat etmişdir.Dövlətimizin başçısı İlham Əliyev ermənilərin havadarlarının dəstəyiilə zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətihəyata keçirməsindən bəhs etdi. Xalqımız XX əsrdə üç deportasiyadalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya başvermişdir: «İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycanxalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyükbir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etniktəmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-babatorpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var.Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, otorpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrətiilə yaşayırlar.»2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizinqətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasiiradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəmZəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübutetdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylərgöstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir.Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyükqürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunuQarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük.O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olansoydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, BöyükQayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: «Əslində, bu proqramartıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlaraqayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mənəminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə dəgörəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidəuşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi.Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycandabayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəmki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.»Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondansonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməzruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz.Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpaolunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini,ümidlərini daha da artırdı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hərdəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki,həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgünseçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həmhəqiqəti, ədaləti və həm də real vəziyyəti, gücümüzü əks etdirməlidir. Nəqədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpaedilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. QərbiAzərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsashədəfələr sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev ötən ilinyanvarında yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etmişdirki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlılarınhüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyəbilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunuartıq beynəlxalq arenaya çıxarmışıq: «Əlbəttə ki, Qərbi azərbaycanlılar özdədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütünbeynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycandövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək... bizbunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünkibu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətləryoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlətdamğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbiazərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantıDia-az.Media

Chosen
7
dia-az.info

1Sources