EN

“XəzərNews.az” 10 yaşında

Bu gün “XəzərNews.az” saytının 10 yaşı tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, "XəzərNews.az" Xəbər Portalı 2014-cü ilin oktyabrın 1-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

“XəzərNews.az” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, xəbər portalında müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları işıqlandırılır.

10 yaşına qədəm qoyan “XəzərNews.az” saytı öz oxucu əhatəsinə görə yetərincə yüksək nəticələr göstərir.

Bakıvaxtı.azxəbər portalının kollektivi "XəzərNews.az” saytını 10 illik yubileyi münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayır.

Chosen
13
1
bakivaxti.az

2Sources