EN

Mark Rutte: Ukraynanın layiqli yeri NATO-dadır

Ukraynanın layiqli yeri NATO-dadır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NATO-nun yeni Baş katibi Mark Rutte Alyansın mənzil-qərargahında səlahiyyətlərinin icrasına başlaması ilə bağlı mərasimdə çıxışı zamanı bildirib.

"Mənim ikinci prioritetim Ukraynaya dəstəyimizi gücləndirmək və onu NATO-ya daha da yaxınlaşdırmaqdır. Çünki güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz. Üzərimizə düşəni etməliyik", - NATO Baş katib qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
9
13
milli.az

10Sources