EN

Azərbaycan klubunda 7 legioner

Kişi həndbolçulardan ibarət “Kür” klubunun avrokuboklar üçün iştirak ərizəsi bəlli olub.

İdman.biz xəbər verir ki, Avropa kubokunda mübarizə aparacaq təmsilçimiz 17 oyunçu sifariş edib.

Komandanın heyətində 7 legioner var. Bunlar monteneqrolu qapıçı Mile Miyuşkoviç, onun sahə oyunçusu olan həmyerliləri Oqnen Lekoviç, Bojidar Lekoviç, Emir Mujiç, Bojidar Simiç, serbiyalı Borislav Urta və nigeriyalı Yakob Ayuba Kutaudur. Heyətdə qapıçılar Nəzərəli Hüseynov, Əziz Mansurov, oyunçular Sergey Dubovik, Elkin Quliyev, Cavid İsmayılov, Ruslan İsmayılov, Məhərrəm Məmmədli, Ramazan Muradov, Vüsal Musayev və Anar Tağıyev də yer alıblar.

Qeyd edək ki, iranlı mütəxəssis Nasser Saliminin yetirmələri 2-ci mərhələdə Kipr təmsilçisi “Parnassos Strovolou” ilə qarşılaşacaq.

İdman.biz

Chosen
19
1
idman.biz

2Sources