EN

Pensilvaniyadakı zavodlar Ukrayna böhranından qazanc əldə ediblər

ABŞ-ın Pensilvaniya ştatının Skrenton şəhəri Ukraynadakı münaqişədən iqtisadi fayda götürür. Çünki zavodları Kiyev üçün artilleriya sursatları istehsal edir.

Herbiand.az bildirir ki, bu barədə The Washington Post xəbər verir.

Amerika hakimiyyəti hərbi əməliyyat başlayandan bəri Ukraynaya yardım üçün ümumilikdə 175 milyard dollar ayırıb, lakin bu vəsaitin böyük hissəsi ABŞ-da qalır. Bunun hesabına hərbi müəssisələrin, o cümlədən Skrenton şəhərində 155 mm-lik artilleriya sursatları istehsal edən zavodun fəaliyyətini dəstəkləyirlər.

Nəşr yazır ki, münaqişə başlamazdan əvvəl region iqtisadi tənəzzül yaşayırdı. Lakin silah tədarükü bu tendensiyanın qarşısını almağa kömək etdi. Bir neçə il əvvəl burada bir çox kömür mədəni və tekstil fabrikləri bağlanmışdı.

Bəxtiyar CƏFƏRLİ

Chosen
49
herbiand.az

1Sources