EN

Dəhşətli qəza - Məktəb avtobusu yandı - 20 ölü

Taylandda dəhşətli qəza baş verib.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, məktəb gəzintisi üçün 6 müəllim və 38 şagirdi daşıyan avtobus Uthai Thani bölgəsindən yola düşdükdən qısa müddət sonra alovlanıb.

Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə avtobusun içərisinə çatıb.

44 nəfərin olduğu məktəb avtobusunda həyati təhlükə yaranıb.

Daxili işlər naziri Anutin Çarnvirakul hadisə yerində araşdırmaların davam etdiyini və ölənlərin sayını hələlik təsdiq edə bilmədiklərini bildirib.

O, deyib ki, hadisə nəticəsində 20 nəfər ölüb.

Hadisə yerində olan axtarış-xilasetmə əməkdaşının qiymətləndirməsinə görə, yanğın avtobusun təkərlərindən birinin partlaması və avtomobilin maneələrə çırpılması nəticəsində başlayıb.




Elnur
BakuPost
Chosen
18
bakupost.az

1Sources