EN

Azərbaycanda bank sektorunda normativ-hüquqi bazanın təkmilləşdirilməsi davam edir - AMB

Bakı. Trend:

Azərbaycanda bank sektorunda normativ-hüquqi bazanıntəkmilləşdirilməsi davam edir.

Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin MahmudzadəBakıda 2024-cü ilin yarımilliyinə həsr olunan Maliyyə sabitliyihesabatının təqdimatı zamanı bildirib.

"Birincisi, banklarla bağlı olan şəxslərlə əməliyyatlarınaparılması qaydaları yenilənib. Dəyişikliklərin məqsədiəməliyyatların həyata keçirilməsi üçün daha təhlükəsiz və şəffafşəraitin təmin edilməsi, risklərin azaldılması və bank sisteminindayanıqlığının artırılmasıdır. İkincisi, kredit risklərinin idarəolunması qaydalarına dəyişikliklər edilib. Bu, istehlak kreditiüçün həyat sığortası şərtlərinin genişləndirilməsini və kreditlərinverilməsi ilə bağlı risklərin idarə olunmasının gücləndirilməsiniəhatə edir", - o vurğulayıb.

Şahin Mahmudzadə qeyd edib ki, üçüncü mühüm addım bank vəqeyri-bank kredit təşkilatlarında informasiya təhlükəsizliyitələblərinin qəbuludur.

"Yeni tənzimləmələr məlumatların qorunmasının gücləndirilməsinəvə kibertəhlükəsizlik təhdidlərinin minimallaşdırılmasına yönəlib.Nəhayət, dayanıqlı maliyyələşdirmə prinsiplərinin tətbiqi ilə bağlısənəd təsdiqlənib. Bu, bankların korporativ idarəçiliyinə dayanıqlıinkişaf strategiyalarının inteqrasiyasını, hesabatlıqda şəffaflığınartırılmasını və risklərin effektiv idarə olunmasını hədəfləyir", -o əlavə edib.

Chosen
26
az.trend.az

1Sources