EN

Kraliça Elizabetin ölüm səbəbi açıqlandı: Gizlədilmişdi

“Böyük Britaniya kraliçası II Elizabet ölümündən bir il əvvəl 2022-ci ilin sentyabr ayının əvvəlində dəhşətli xəstəliyə düşar olub. Həkimlər əlahəzrətə sümük xərçəngi diaqnozu qoyublar”. 

“Cebheinfo.az” xəbər verir ki, bu şok bəyanatı Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson öz xatirələrində yazıb. Bundan əvvəl kraliçanın ölümünün rəsmi səbəbi kimi qocalıq göstərilirdi.

Onun sözlərinə görə, kraliça öləcəyini bilirdi, lakin son vəzifəsini yerinə yetirməkdə qərarlı idi: 

“Həkimlər onun vəziyyətinin hər an kəskin şəkildə pisləşə biləcəyindən narahat idilər. O, solğun görünürdü. Qollarında və biləklərində tünd qançırlar var idi, yəqin ki, iynə vurulmuşdu”.

96 yaşlı II Elizabetin ölümündən sonra onun nadir xərçəng növündən əziyyət çəkdiyi barədə şayiələr yayılsa da, bu məlumat rəsmi olaraq təsdiqlənməmişdi.

Xatırladaq ki, Kraliça II Elizabetin 2022-ci il sentyabrın 8-də vəfat edib. Dəfn və yas mərasimləri Böyük Britaniya büdcəsinə 200 milyon dollara başa gəlib.

Chosen
8
cebheinfo.az

1Sources