EN

"İsrail qəddar və həyasız ölkədir" - Şimali Koreya rəsmisi

İsrail Livanı atəşə tutduqdan dərhal sonra Şimali Koreyadan gözlənilməz açıqlama verilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsraili qəddar və həyasız adlandıran, adı açıqlanmayan Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında İsrailə od püskürüb:
 
\"Yaxın Şərqdə günahsız dinc əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədən İsraili və onu himayə edən ABŞ-nin təşkilati mənfur terror aktlarını şiddətlə qınayırıq və hər zaman Ərəb xalqı ilə həmrəy olduğumuzu ifadə edirik\".
 
İsrailin Fələstindən sonra Livan da daxil olmaqla ərəb xalqlarının müstəqilliyinə istinad etdiyi xatırladılan açıqlamada \"İsrail və ona rəhbərlik edən ABŞ, xərçəngə bənzər regional sülh və sabitlik quruluşlarıdır və ərəb xalqlarının ortaq düşmənləridir\" - deyə əlavə edilib.
 
Bəyanatda vurğulanıb ki, Yaxın Şərqdə daimi sülhün bərqərar olması üçün Fələstin xalqının müstəqil dövlət qurmaq hüququ təmin edilməli və İsrailin ərəb ölkələrinə qarşı düşmənçilik hərəkətlərinə son qoyulmalıdır.
 
Mikayıl
Chosen
31
azxeber.com

1Sources