Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı daşınmaz əmlakın icbari sığortasınınrentabelliyi məsələlərini araşdırır.
Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin MahmudzadəBakıda 2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyihesabatının təqdimatı zamanı bildirib.
"Azərbaycan Mərkəzi Bankı daşınmaz əmlakın icbari sığortasınınrentabelliyi ilə bağlı işlərə başlayıb. Bu sektorda zərərin daha daartacağını proqnozlaşdıra bilərik", - o deyib.
O qeyd edib ki, hazırda zərərin ən yüksək səviyyəsiavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası seqmentində müşahidə olunur.
"Bu ilin sonuna bu göstərici 80 faizə çata bilər ki, bu da dünyastandartlarına uyğundur", - o əlavə edib.