EN

Azərbaycanlı gəncin “Xarıbülbül” rəsmi Norveç muzeyində nümayiş olunur

Bakı, 1 oktyabr, AZƏRTAC

Soydaşımız Səlim Abbaszadənin çəkdiyi "Xarıbülbül" adlı rəsm əsəri dünyanın 185 ölkəsini təmsil edən gənc rəssamların əl işləri ilə birlikdə Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin (The International Museum Of Children's Art's) daimi sərgi salonunda nümayiş olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, muzeydə əsəri sərgilənən ilk azərbaycanlı gənc S.Abbaszadənin “Tıq-tıq xanım” adlı əsəri isə muzeyin arxivində daimi saxlanılacaq.

S.Abbaszadənin rəsmlərindəki rəngarəngliyin və təbiət ünsürlərinin obrazlı təsvirinin "soyuq şimal"a istilik, sülh, gözəllik və birlik bəxş edəcəyini bildirən Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru Anqela Qoldin gələcəkdə də Səlim Abbaszadə ilə əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 2023-cü ildə Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyində Norveç Azərbaycan Gənclər Təşkilat (NAYO) və Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Səlim Abbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk sərgisi keçirilib.

Chosen
3
4
azertag.az

5Sources