EN

Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 8 oktyabr2024-cü il tarixində saat 09:30-da Mingəçevir şəhərində yerləşənHeydər Əliyev Mərkəzində Yevlax rayonunun və Mingəçevir şəhərininsakinlərini qəbul edəcək.

Trend xəbər verir ki, nazirbu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədəninternet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalinimaraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 7 oktyabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu([email protected]),010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəlitelefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabrayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyatakeçiriləcək.

Chosen
17
8
az.trend.az

10Sources