EN

Deputat: Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir.

Deputat:
“44 günlük Vətən müharibəsində gücdən istifadə edərək öz torpaqlarını işğaldan azad etməsi Azərbaycanın geosiyasətin əsas oyunçusuna çevrilməsi ilə nəticələndi”.

1news.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Musabəyov deyib ki, həm ABŞ ilə həm də Avropa Birliyi ilə münasibətlər Azərbaycan üçün önəm daşıyır.
“Biz heç bir dövlətin istəyi ilə davranmırıq. Düşünürəm ki, Fransa ilə münasibətlər uzun illər düzəlməyəcək. Ancaq bizim İtaliya ilə müttəfiqliyimiz yaranıb”. Diqqət etsək görərik ki, Ermənistan Rusiya ilə məsafə saxlayaraq Qərbə meyl edir, bunun əksinə, Gürcüstan Qərbdən uzaqlaşaraq müstəqil siyasət yeritmək istəyir” - deyə R. Musabəyov əlavə edib:
“Mərkəzi Asiya dövlətləri isə daha çoxşaxəli siyasət yürütməyə can atır. Bütün bunlar Azərbaycan üçün imkanlar vəd edir. Lakin üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan arasında koordinasiya demək olar, yoxdur". Deputatın sözlərinə görə, hər bir xarici siyasətin əsası balanslaşmanın formalaşdırılması olmalıdır.

“Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir. Rəsmi Bakı xarici siyasətdə Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunu əhatə etməyə çalışır. Xatırladaq ki, Qazaxıstanla birlikdə hərbi təlimlər keçirildi və Özbəkistanla da eyni tədbir nəzərdə tutulur".

Chosen
11
1news.az

1Sources