EN

Dövlət xəttilə 5 min 512 mənzil kirayəyə verilib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 51 min 710 borcalana 3 milyard 243 milyon 137 min manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 500 milyon 436 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 min 512 yaşayış sahəsi (mənzil) kirayəçilərin istifadəsinə verilib

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Chosen
6
7
marja.az

9Sources