EN

"Helen" qasırğasında ölənlərin sayı 133-ü keçdi

Ötən həftə ABŞ-ın Florida ştatının sahil zolağına çatan \"Helen” qasırğasında ölənlərin sayı 133-ü keçib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran qasırğada həyatını itirənlərin sayı 133-ü keçib, çoxlu sayda itgin düşənlər var.

Qasırğa nəticəsində Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.

Prezident Bayden Florida və Şimali Karolinada fövqəladə vəziyyət elan edib və qasırğadan mənfi təsirlənənlərə federal yardım əmri verib.
 
Cəmalə
Chosen
12
azxeber.com

1Sources